"Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçusu Pier Emerik Obameyanqın komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis fransalı hücumçunun "topçular"da qalmasını istədiyini deyib: "Obameyanqın getməyinin ehtimalını belə düşünmək istəmirəm. Onun burada qalmağını istəyirəm".

30 yaşlı futbolçu isə "Hazırkı vaxt üçün komandadayam. 100 faiz buradayam" deyə açıqlama vermişdi. 

Qeyd edək ki, P.E.Obameyanq 2018-ci ildən London təmsilçisinin formasını geyinir.