Nuriyevin qolu komandasını məğlubiyyətdən xilas etmədi
- 10:30
- 21
Anatoli Nuriyevin formasını geyindiyi "Kişvarda "Macarıstan çempionatında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün komandası 4-cü tur çərçivəsində səfərdə "Nyiregyhaza" klubunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Nuriyev matçın 57-ci dəqiqəsində meydana daxil olub və komandasının yeganə qoluna imza atıb.
Hazırda 4 xalı olan "Kişvarda" 8-ci pillədə yer alıb.