![photo](https://www.rekord.az/storage/news/2025_01_11/ac93430e_ae18_33ca_bb3c_8d421505379d_850_1736593115.jpg)
NTD “Sərhədçi”yə də uduzdu
- 11 Yan 2025 15:15
- 148
Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha bir görüş keçirilib.
Rekord.az xəbər verir ki, A qrupunda “Sərhədçi” NTD ilə qarşılaşıb.
“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 78:64.
Bu gün 10-cu turda daha iki matç oynanılacaq. "Lənkəran" evdə "Şəki"ni qəbul edəcək. "Ordu" isə "Quba" ilə üz-üzə gələcək. Turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Neftçi"yə 76:84 hesabı ilə məğlub olub, "Naxçıvan" isə "Sabah" üzərində qələbə qazanıb - 80:75