
NTD amerikalı basketbolçu ilə anlaşdı
- 20 Fev 2025 16:00
- 264
NTD heyətini yeni basketbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı Kevin Allenlə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
30 yaşlı hücumçu son olaraq İordaniyanın “Amman Yunayted” klubunda forma geyinib.