"Bavariya"nın qapıçısı Manuel Noyer "Şalke"dən transfer olunan qolkiper Aleksandr Nübelin komandaya keçidindən narazıdır.

Rekord.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Hassan Salihamidjiç 33 yaşlı qapıçı ilə Nübelin əsas heyətdə mövsüm ərzində 15 matçda oynaması üçün ona imkan verməsini istəyib.

Noyer isə bununla razılaşmayıb. Qolkiper yoldaşlıq görüşləri də daxil olmaqla bütün matçlarda özü iştirak etmək istəyir.

Qeyd edək ki, "Bavariya" 23 yaşlı A.Nübellə 5 illik müqavilə bağlayıb.