
Novruzovlu “Yonava” Litva kubokunda mübarizəni dayandırdı
- 07 May 2023 15:21
- 404
Futbol üzrə Latviya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun komandası “Yonava” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Klaypedos FM” ilə qarşılaşıb. Meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edən “Yonava” kubokda mübarizəni dayandırıb.
Nurlan bu matça start heyətdə çıxıb və sonadək mübarizə aparıb.