
Nikolovun "Şamaxı"nın 0:8-lik məğlubiyyətinə reaksiya FOTO
- 19 Apr 2022 12:45
- 500
Bakının "İnter" (hazırkı "Şamaxı") klubunun sabiq prezidenti Georgi Nikolov "Feysbuk" hesabında paylaşım edib.
Rekord.az xəbər verir ki, o, sabiq klubunun "Şamaxı" adı ilə ilk səfər matçında Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzmasına biganə qalmayıb.
Klubun "İnter" adlandırıldığı dönəmdən şəkil paylaşan Nikolov bolqar, ingilis və Azərbaycan dillərində bu komandanın heç vaxt 0:8 hesabı ilə uduzmadığını vurğulayıb.
Xatırladaq ki, G.Nikolov 2006 - 2015-ci illərdə "İnter"in prezidenti olub.