Niderlandın dünya çempionatlarında məğlubiyyətsizlik seriyası 13 matça çatdı
- 16:20
- 36
Niderland komandası dünya çempionatının qrup mərhələsinin I turunda Yaponiya ilə heç-heçə (2:2) edərək mundiallardakı məğlubiyyətsizlik seriyasını 13 matça çatdırıb.
Rekord.az xəbər verir ki, bu, komandanın sözügedən turnirdə 1965/1966 mövsümündən bəri qeydə alınan ən uzun seriyasıdır.
Niderland sonuncu dəfə dünya çempionatında 2010-cu ilin final matçında İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Niderland iyunun 20-də İsveç komandası ilə qarşılaşacaq.