Niderland - İsveç matçının ən yaxşı futbolçusu açıqlandı
- 00:30
- 29
DÇ-2026-nın qrup mərhələsinin II turunda baş tutan Niderland - İsveç görüşünün ən yaxşı futbolçusu bəlli olub.
Rekord.az xəbər verir ki, "narıncılar"ın vingeri Kodi Qakpo ən yaxşı seçilib.
27 yaşlı futbolçu matçın 47 və 54-cü dəqiqələrində fərqlənməklə dubla imza atıb.
F qrupunun matçı Niderland millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.