Futbol üzrə Braziliya yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Rekord.az xəbər verir ki, sözügedən kollektiv Nigeriya millisi ilə üz-üzə gəlib.

1:1 hesabıyla başa çatan qarşılaşma Braziliya yığmasının hücumçusu Neymar üçün uğursuz bitib. Belə ki, matçın əvvəlindəcə zədələnən futbolçu 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 

Fransa çempionu PSJ-nin şərəfini qoruyan hücumçunun vəziyyətinə qarşıdakı günlərdə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.