
Nevil "Mançester Yunayted"dən əlini üzüb
- 25 Avq 2021 16:18
- 533
“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevil komandanın perspektivi barədə danışıb.
Rekord.az xəbər verir ki, Nevil MY-ni Kloppun çalışdırdığı “Liverpul”la müqayisə edib.
O, komandanın çempionluq potensialının olmadığını əmin olduğunu bildirib:
“Əminəm ki, Olenin ştabı və rəhbərlik nəticələrə baxır və fikirləşirlər: Sulşer komandanı hazırlayır. O, Kloppun “Liverpul”da ilk 3 mövsümdə etdiklərini edir.
Amma baxaq, Klopp 4-cü mövsümdə neçə xal topladı? Həmin ərəfədə komandada Van Deyk, Alisson peyda oldu və tarixin ən yaxşı mövsümlərindən birini keçirdi.
“Yunayted”in Olenin rəhbərliyi altında 3-cü mövsümdə 74 xal toplayıb. Sulşer 4-cü mövsümdə əlavə 20 xal yığa biləcək? Belə fikir var ki, Sanço ilə Varan Allisonla Van Deykin verdiyi effekti verə bilməyəcəklər.
Deməli, MY lazım olan 95 xalı toplaya bilməyəcək. Əminəm ki, onlar bu mövsüm də çempion olmayacaqlar.