“Nəticə məyusedici oldu” – Berdıyev
- 21:20
- 35
“Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“İlk növbədə “Qarabağ”ı avrokuboklarda uğurlu çıxışına görə təbrik edirəm. Bu, Azərbaycanın uğurudur və komanda yaxşı çıxış edir.
Bugünki oyundan razı qaldım. İll hissədə bir qədər ehtiyatlı oynadıq. Nəticə məyusedici oldu. Sonda imkanlarımız var idi, lakin alınmadı”.