Latviya çempionatında 17-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Liepaya” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib - 1:2.

Ramin də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.

Futbolçumzun komandası hazırda 13 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.