Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepal çempionatının ən dəyərli futbolçusu seçilib və ona 10 min Nepal rupisi (141,71 manat) verilib.

Rekord.az xəbər verir ki, ötən ilin oktyabrın 27-dən “Maçindra” klubunun şərəfini qoruyan Nurlan bu komanda ilə A divizionunun qızıl medalını qazanıb.

O, “Satdobato” klubuna 1:0 hesabı ilə qalib gəldiyi görüşün 53-cü dəqiqəsində həlledici qolu vurub.