
“Neftçi”nin yeniyetmə futbolçuları “Beşiktaş”ın məşqini izləyiblər
- 13 Fev 2025 17:40
- 110
"Neftçi"nin 17 yaşadək futbolçuları Türkiyənin "Beşiktaş" klubunun əsas komandası ilə görüşüblər.
Rekord.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə "qara qartallar"ın baş məşqçisi Ule-Qunnar Solskyaer, Bakı klubunun Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov iştirak ediblər.
Yeniyetmə oyunçular, "Neftçi" rəsmiləri əsas komandanın məşqini izləyiblər. Ule-Qunnar Solskyaer və Zaur Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.
"Neftçi"nin U-17 komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir