
"Neftçi"nin yeni baş məşqçisi 9 il öncə hansı Azərbaycan klubuna məğlub olub? - VİDEO
- 2022-06-24 17:00
- 453
"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın Azərbaycan futbolu ilə bağlılığıma dair maraqlı məlumat ortaya çıxıb.
Rekord.az xəbər verir ki, sən demə, rumıniyalı mütəxəssis "Styaua"də baş məşqçi postunu tutarkən 2013-cü ilin yanvarında Antalyada "Qəbələ" ilə üz-üzə gəlib.
Hmin vaxt "Qəbələ"nin başında Ramiz Məmmədov dayanırdı və bu iki komanda təlim-məşq toplanışı zamanı yoxlama görüşündə üz-üzə gəliblər. Matçın 78-ci dəqiqəsində Dodonun vurduğu qol "Qəbələ"yə "Styaua" üzərində qələbə qazandırmışdı. Həmin matçın videsonu sizə təqdim edirik: