“Turan Tovuz”un futbolçusuna 1 oyunluq cəza
- 15:20
- 26
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 3-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilimiş vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 200 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 57-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 75 nömrəli futbolçusu Hüseyn Bayramzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilib.