AFFA nümayəndəsinə UEFA-dan təyinat
- 21:30
- 19
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
Rekord.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Real Betis” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Oyun sentyabrın 9-u Fransanın Lill şəhərində yerləşən “Domen de Luşen Təlim Mərkəzi” stadionunda təşkil olunacaq.