Azərbaycanda işləmiş mütəxəssis istefaya göndərildi
- 17:20
- 29
Türkiyənin "Antalyaspor" komandası baş məşqçisi Bülent Korkmazla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
57 yaşlı mütəxəssislə 2026-cı ilin iyununda 1 illik müqavilə imzalamışdı. Komanda onun rəhbərliyi altında çempionatda 6 qarşılaşmada 2 dəfə qalib gəlib, 4 dəfə məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, Bülent Korkmaz 2009/2010 mövsümündə Azərbaycanda "Bakı" komandasının baş məşqçisi olub.