"Kəpəz"in yetirməsi II Liqa klubuna keçdi
- 08 Sen 2026 11:00
- 218
II Liqada yeni mövsümə qələbə ilə start verən Ağstafa Gəncləri" heyətini daha bir futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Ağstafa təmsilçisi Qəşəm Məmmədovu heyətinə qatıb.
Qəşəm Gəncə futbolunun yetirməsidir, "Kəpəz-2" və "Şəmkir", o cümlədən "Zaqatala"da forma geyinib.