Ələkbərov Almatıda 4-cü yeri tutdu
- 17:40
- 25
Azərbaycanın şose velosipedi üzrə U-23 yığmasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən "Changan Race Almaty 2026" yarışında iştirak edib.
Bu barədə Rekord.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.
S.Ələkbərov 2 mərhələnin yekununda ümumi təsnifatda 4-cü olub. O, ən yaxşı gənc velosipedçi köynəyinə layiq görülüb.