
“Neftçi”nin sabiq hücumçusu BƏƏ klubunda
- 13 İyl 2025 21:00
- 39
"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Rekord.az xəbər verir ki, braziliyalı hücumçu "Əl-Vəsl"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"nin formasını geyinib. Onun son klubu Macarıstan "Ferentsvaroş"u olub.