"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin yenidən Moldovada işləyə bilər.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis "Şerif" klubu ilə danışıqlar aparır. Onun bu həftə Tiraspol təmsilçisindən ayrılan xorvatiyalı Zoran Zekiçi əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, 2016/2018-ci illərdə "Şerif"ə rəhbərlik etmiş Roberto Bordin növbəti 2 ildə isə "Neftçi"nin sükanı arxasında olub.