Dizindəki zədə səbəbindən Türkiyədə əməliyyat olunan "Neftçi"nin qapıçısı Aqil Məmmədov yalnız aprelin 10-dan sonra fərdi məşqlərə başlaya bilər.

Lakin Rekord.az xəbər verir ki, onun mövsümü erkən bitirmək təhlükəsi də var.

Hər şey aprelin 10-dan sonra məlum olacaq. Əgər qapıçının dizində hansısa ağrı olmasa, özünü tam yaxşı hiss etsə, 1 həftəlik fərdi məşqlərdən sonra kollektivə qoşulacaq. Yox, əgər ağrı olarsa, o zaman yenidən həkimə müraciət etməli olacaq ki, bu da yeni müalicə kusu deməkdir. Həkimlər artıq bununla bağlı Samir Abasova və Aqilin özünə məlumat verib. Apreldə hansısa problem ortaya çıxarsa, Məmmədov üçün mövsüm erkən bitmiş də sayıla bilər.