Laurentsiu Regekampfın gəlişindən sonra demək olar ki, oynamaq şansı qazanmayan Gilyerme Patonun “Neftçi”dən getmək ehtimalı haqda yazmışdıq.

Rekord.az xəbər verir ki, rumıniyalı baş məşqçi sözügedən futbolçunun xidmətində maraqlı deyil.

Problem ondadır ki, futbolçunun klubla 2 ilə yaxın müqaviləsi qalıb və bu boyda zamanın təzminatını vermək lazımdır. Bu mənada “Neftçi” rəhbərliyi futbolçuya özünə yeni klub tapmağı, ya da hansısa kluba icarəyə getməyi tövsiyyə edib. Maaşı yüksək olduğundan Azərbaycan daxilində bu futbolçunun icarəsi mümkün deyil. Ölkə xaricindən isə hələlik yaxın duran yoxdur. Belə davam etsə, Pato yüksək ödənişli futbolçu kimi ehtiyatda oturub pulunu qazanacaq.