"Neftçi"nin gənc futbolçularının taleti necə olacaq?
- 11:00
- 39
"Neftçi"yə yeni baş məşqçi təyin olunan Yuru Vernidub qış hazırlığına ciddi önəm verir.
Rekord.az xəbər verir ki, qış transfer bazarı kasad olsa da, ukrayanı mütəxəssis ən azı daha 2-3 legionerin alınmasını istəyib.
Komandanın iddiasını, ukraynalının qarşısına qoyulan tələbləri və limitin də olmadığını nəzərə alsaq, yerli gənclərin taleyi maraq doğurur. Söhbət Ağadadaş Salyanski, Murad Məmmədov və Rza Cəfərlidən gedir. Əldə etdiyimiz məlumata görə, Vernidub bu futbolçuların əsas komandada qalmasının əlehinə deyil. Amma onlara çox şans verməyi düşünmür. Ukraynalı bütün aparıcı mövqeylərə legionerləri fikirləşir. Bu mənada yerli gənclərdən kimsə başqa kluba keçmək istəsə, onlara "yox" deyilməyəcək.
Qeyd edək ki, Vernidubun "Neftçi"ni baş məşqçi kimi oyuna çıxardığı iki oyunda Rza və Ağadadaş oynamaq şansı qazanmayın. Murad isə yalnız "Sumqayıt"a qarşı son 8 dəqiqədə forma geyinib.