“Bizə inanan hər kəsə təşəkkür edirəm”
- 15:30
- 33
“Turan Tovuz”un qapıçısı Oleq Baklov sosial şəbəkədə paylaşım edib.
Rekord.az xəbər verir ki, Tovuz klubunun tacik qolkiperi “instaqram” səhifəsində belə yazıb:
“Futbol ili başa çatdı. Bizə inanan hər kəsə təşəkkür edirəm”.
“Turan Tovuz” Premyer Liqada 16 oyundan sonra 27 xalla 5-ci pillədədir.