"Qarabağ"ın sabiq futbolçusu Meksika klubunda
- 21 Dek 2025 14:00
- 136
"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikada davam etdirəcək.
Rekord.az xəbər verir ki, "Pumas" klubu 29 yaşlı hücumçunun transferini açıqlayıb.
Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə də imzalayıb.
2023-cü ildən "Qarabağ"ın formasını geyinən Olavio Juninyo cari ilin əvvəlində Braziliya təmsilçisi "Flamenqo"ya keçmişdi.