UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Liverpul" klubunun futbolçusu Aleksander İsak zədələnib.


Rekord.az xəbər verir ki, isveçli hücumçu Premyer Liqanın 17-ci turunda "Tottenhem"ə qalib gəldikləri (2:1) oyunda sıradan çıxıb.


56-cı dəqiqədə matçda hesabı açan forvard dörd dəqiqə sonra əvəzlənməli olub. İsakın zədəsinin ciddi olacağı gözlənilir.


"Qarabağ" "Liverpul"la yanvarın 28-də İngiltərədə üz-üzə gələcək.