“Sabah”ı məğlub edən tapıldı
- 20 Dek 2025 23:32
- 31
Azərbaycan Basketbol Liqasının 10-cu turunda "Abşeron Lions" "Sabah"a qalib gəlib.
Rekord.az xəbər verir ki, A qrupunun oyununda komanda 101:97 hesablı qələbə qazanıb.
Qarşılaşma Bakı İdman Sarayında keçirilib.
Turun əvvəlki oyunlarında "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" "Quba"nı (78:69), "Ordu" "Lənkəran"ı (84:72), "Gəncə" isə "Şəki"ni (78:73) məğlub edib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.