
"Neftçi"nin futbolçusu "Turan Tovuz"da
- 27 May 2022 14:00
- 692
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” heyətinə yeni oyunçu cəlb edir.
Rekord.az xəbər verir ki, bu barədə qol.az-a komadanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Bölgə təmsilçsi “Neftçi”dən Turan Vəlizadəni icarəyə götürəcək:
“Tək “Neftçi” yox, bir neçə kluba müraciət etmişik ki, gənc futbolçulardan icarəyə götürək. Turanı özümüz istədik, “Neftçi” də razılıq verdi” - deyə Abbasov bildirib.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında “Şamaxı”da keçirib.