
"Neftçi"nin futbol akademiyası başsız qaldı
- 12 Noy 2020 14:00
- 826
Xəbər verdiyimiz kimi, Ceyhun Sultanov "Neftçi"nin idman direktoru postundan istefa verib.
Rekord.az xəbər verir ki, Sultanovun, ümumiyyətlə, klubdan kənarlaşacağı gözlənilir.
Bu isə həm də klubun futbol akademiyasının başsız qalması deməkdir. Çünki Sultanov paralel olaraq həm də "Neftçi" Futbol Akademiyasına rəhbərlik edirdi.