“Neftçi” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, Anton Krivotsyukun testi müsbət nəticələnib.

22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" ilə matçı buraxıb. 

Bruno Teluşi isə zədə səbəbindən komandasına kömək edə bilmir.

Artıq "Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.