Misli Premyer Liqasının 31-ci turunda "Səbail"in qonağı olacaq "Neftçi" Fərid Yusiflinin xidmətindən istifadə edə bilməyəcək.

Rekord.az xəbər verir ki, sözügedən futbolçu sarı vərəqə limitini doldurduğu üçün bu turu buraxacaq.

Qeyd edək ki, "Səbail" - "Neftçi" matçı sabah saat 18:30-da "ASCO Arena"da oynanılacaq.