Mahmud Qurbanovun "Səbail"dəki köməkçilərindən biri də Elşən Poladov olacaq. 

Rekord.az xəbər verir ki, qapıçılarla işləyən məşqçinin "Neftçi"ni qoyub, "Səbail"ə gəlməsi sırf perspektiv üçündür.

Belə ki, Poladov bir neçə ildir "ağ qaralar"da işləsə də, fəaliyyəti sırf akademiya ilə məhdudlaşır. "Səbail"də isə birbaşa əsas komandada, Premyer Liqada işləyəcək. Sırf bu məqama görə veteran qapıçı tanınmış və daha yaxşı şəraitə malik "Neftçi"ni "Səbail"ə dəyişib.