"Neftçi"dən ayrılan Robert Bauerin yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, almaniyalı müdafiəçi karyerasını Tailandda davam etdirəcək.


O, "Buriram Yunayted"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


30 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə hələlik məlumat verilməyib.


Bauer 2024/2025 mövsümündə "Neftçi"də oynayıb və 15 matçda çıxış edib.