
“Neftçi”dən “Liv Bona Dea Hospital”la yeni müqavilə
- 10 İyl 2025 15:15
- 72
“Neftçi” PFK ilə “Liv Bona Dea Hospital” arasında artıq 3 ildir uğurla davam edən əməkdaşlıqda yeni səhifə açılır.
Rekord.az xəbər verir ki, ölkənin ən yaxşı xəstəxanalarından biri bundan sonra da “ağ-qaralar”a tibbi xidmətlər göstərəcək.
Qeyd edək ki, 2022-ci ildən Bakıda fəaliyyət göstərən “Liv Bona Dea Hospital” elə həmin ilin iyul ayından “Neftçi” ilə əməkdaşlıq edir.