
"Neftçi"dən getməyə hazırlaşır
- 05 Noy 2020 12:00
- 1118
Mamadu Mbodj böyük ehtimalla qışda komandadan gedəcək.
Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Füzuli Məmmədov gələcək planlarında Mbdoja yer görmür.
Roberto Bordinin dövründə transfer olunan müdafiəçinin oyun tərzi Məmmədovun ürəyincə deyil. Bu səbəbdən də son zamanlar bu futbolçuya oynamaq şansı vermir. Hazırkı durum Mbodjun da ürəyincə deyil.