“Neftçi” ilə yollarını ayıran Harramiz Soares karyersını Portuqaliyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Farense” klubu ilə razılaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Harramizlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Harramiz 2021-ci ilin iyulundan 2022-ci ilin yanvarına qədər “Neftçi”də çıxış edib. O, “ağ-qaralar”da 11 oyuna çıxıb.

Harramiz 2014-2016-cı illərdə “Farense”də çıxış edib.