"Neftçi"nin Futbol Akademiyasında məşqçi dəyişikliyi olub. 

Rekord.az xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, klubun U-19 komandasında baş məşqçi İlyas Qurbanovun köməkçisi olan Elçin Dərgahquliyev "ağ-qaralar"dan ayrılıb.

Artıq 49 yaşlı mütəxəssisin yeni iş yeri də məlumdur. Belə ki, Dərgahquliyev EFA uşaq futbol akademiyasına üz tutub.   

Qeyd edək ki, Elçin Dərgahquliyev məşqçi kimi “Şahdağ” (Qusar), “Neftçi” İK İB, “Neftçi” (U-17, U-19) və “Qaradağ Lökbatan” klublarında çalışıb. O, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.