Azərbaycan boksçusu Avropa çempionu olub
- 17:30
- 49
Azərbaycan boksçusu Cəmilə Muradlı Budvada U-17 Avropa çempionatının qalibi olub.
Rekord.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan milli komandanın idmançısı finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.