“Kür” APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı
- 19:20
- 36
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun növbəti oyununda da qələbə qazanıb.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 2-ci təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki Mingəçevir klubunun qələbəsi ilə yekunlaşıb - 39:13.
Ötən gün eyni arenada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb.
Komandanın 3-cü təsnifar mərhələsindəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.