Səlahət Ağayev mövsümün sonunda "Neftçi"dən ayrıla bilər.

Rekord.az xəbər verir ki, bu məsələ bir müddətdir ki, aktualdı.

İş ondadır ki, rəhbərlik Ağayevə yeni müqavilə təklif etməyib. Bizə sızan məlumata görə, yeni müqavilə təklif etməmək o demək ki, "Neftçi" rəhbərliyi Səlahiyyətdən birdəfəılik əl üzmək istəyir. Sadəcə, yeni müqavilə bağlayacağı halda alacağı maaş hazırkından aşağı olacaq. Deyilənə görə, hazırda Səlahətin  "Neftçi"dəki aylıq maaşı 25 min manata yaxındır. Yeni müqaviləyə imza atacağı halda bu maaş 17 minə qədər endirilə bilər. Qapıçı maaşının azaldılmasına razı olmasa özünə yeni klub axtarmalı olacaq.