Bu gün Misli Premyer Liqasında 4-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Günün digər görüşündə “Neftçi” “Zirə”ni qəbul edib. “Ağ-qaralar” 6 xalla 4-cü, “qartallar” isə 4 xalla 5-ci idi. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.

Bu turun “Səbail” – “Kəpəz” və “Qarabağ” – “Şamaxı” oyunları avqustun 27-də, “Qəbələ” – “Sabah” görüşü isə avqustun 28-də keçiriləcək.

Misli Premyer Liqası
4-cü tur

26 avqust

“Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev.
“Kapital Bank Arena”.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 14. Elvin Bədəlov, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 37. Alya Ture.
Baş məşqçi: Aleksey Baqa.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 19. Runi Eva, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya.
Baş məşqçi: Ayxan Abbasov.

“Neftçi” – “Zirə” 2:1
Qol: Q.Donyo, 14. A.Əliyev, 78 – H.Keyta, 54-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”.

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 4. Solomon Kverkveliya, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.