“Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxdı, qiymətlərdə endirim edildi
- 21:27
- 52
Misli Premyer Liqasının 23-cü turu çərçivəsində martın 9-u saat 20:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, oyun biletlərinin qiymətində endirim olub.
“VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.