
"Neftçi" Tofiq Bəhramov adına stadiona qayıdır?
- 15 May 2023 14:00
- 1390
Tofiq Bəhramov adına Respublika stadionu növbəti təmirə bağlanır.
Rekord.az xəbər verir ki, ot örtüyü dəyişdiriləcək, arenanın əksər hissələrinə, otaqlarına əl gəzdiriləcək.
Məhz bu səbəbdən "Qarabağ" iyulda start götürəcək Çempionlar Liqasının ilk iki təsnifat mərhələsindəki ev oyunlarını "Azərsun Arena"da keçirəcək. Bu, məsələnin görünən və bəlli olan tərəfidir. Saytımıza isə başqa maraqlı məlumat daxil olub. Əslində bu barədə hələ bir neçə ay öncə də məlumat paylaşmışdıq. Söhbət "Neftçi"nin uzun müddətli fasilədən sonra yenidən Respublika stadionuna dönüşü ilə bağlıdır. Bunun əsas təşəbbüskarı isə klubun müşahidə şurasının yeni sədri Rövşən Nəcəfdi. Həm də SOCAR-ın prezidenti postunu tutan Rövşən bəyin qarşısına qoyduğu əsas hədəflərdən birinin "Neftçi"ni öz tarixi stadionuna qaytarmaq olduğu deyilir.