“Neftçi” “Qəbələ”yə tək qolla qalib gəldi
- 21:00
- 34
Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulub.
Rekord.az xəbər verir ki, turun son oyunu “Neftçi” ilə “Qəbələ” arasında keçirilib. Paytaxt təmsilçisi rəqibini tək qolla üstələyib.
Turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a (4:1), “Turan Tovuz” “Karvan”a (1:0), “Qarabağ” “Şamaxı”ya (2:1) qalib gəlib, “Sumqayıt” “Zirə”yə məğlub olub – 2:3. “İmişli” – “Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 0:0.
Misli Premyer Liqası
19-cu tur
10 fevral
“Neftçi” – “Qəbələ” 1:0
Qol: Emin Mahmudov, 12.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
“Palms Sports Arena”, 19:00.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 77. Falaye Sako, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 19. Ağadadaş Salyanski, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 27. Kristian Kostin, 70. Andrey Ştoqrin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Məşqçi: George Çixradze.