"Neftçi" qış toplanışını ölkə xaricində keçəcək. Düzdür, qarşıda hələ noyabr və dekabr aylarının olduğunu nəzərə alsaq, indidən bu haqda danışmaq tez olardı.

Lakin Rekord.az-a daxil olan məlumata görə, "Neftçi" rəhbərliyi indidən bu məsələni də həll etmək qərarına gəlib.

SOCAR-a bununla bağlı müraciət olunub və ilkin razılıq alınıb. Yəni, "ağ qaralar"ın yanvarda ölkə xaricinə getməsi üçün indidən büdcə nəzərdə tutulub.