
"Neftçi" millidən qovulan futbolçusuna cəza verəcək?
- 05 İyn 2022 13:00
- 601
Xəbər verdiyimiz kimi, Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan U-19 millisinin heyətində dəyişiklik olub. Belə ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb.
Rekord.az məsələ ilə bağlı "Neftçi" klubu ilə əlaqə saxlayıb və futbolçuları olan Elcanın hərəkətinə münasibət öyrənib.
"Neftçi"ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məsələ ilə bağlı bunları dedi: "Həmin futbolçu hələ Bakıya gəlib çıxmayıb. Bu gün də istirahət günüdür. Sabah yəqin ki, bu məsələ klubumuz tərəfindən araşdırılacaq və təbii ki, lazımı tədbirlər görüləcək".