Növbəti mövsüm üçün heyət qurmağa çalışan "Neftçi" yenidən sabiq futbolçusu Anton Krivatsyuka təklif göndərib.

Rekord.az xəbər verir ki, Polşada işləri yaxşı getməyən ukraynalı futbolçu özü də oranı tərk etmək istəyr.

Lakin onun "Neftçi"yə qayıdıb-qayıtmayacağı dəqiq bilinmir.

Qeyd edək ki, "Neftçi" qışda da Krivatsyuka təklif göndərsə də, müdafiəçi Azərbaycan çempionatına qayıtmaq istəmədiyini bildirmişdi.